Bakıda polisə hücum edənlər transseksuallar imiş - Yenilənib-VİDEO
Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.
Bakupost.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən “Sevinc” restoranının qarşısında baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.
***
11:42
Bakıda gecə saatlarında ictimai asayişi pozan bir qrup şəxslərlə bağlı bəzi məlumatlar üzə çıxıb.
Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxslər cinsi azlıq nümayəndələridir. Hadisə Xətai rayonu, Həsən Salmani küçəsi 1a ünvanında baş verib.
Belə ki, orada yaşayan kişi intim xidmət göstərilməsi üçün evinə xanımlar dəvət edib. Həmin şəxslər gəldikdə onların cinsi azlıq nümayəndələri olduğu müəyyənləşib və kişi buna görə pul ödəməkdən imtina edib. Nəticədə mübahisə baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Cinsi azlıq nümayəndələrindən biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Həmin şəxslər hazırda polis bölməsindədirlər və faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi Brunatinin həyatına xoşbəxtlik qatdı
Filippində sel sularında üzən piton qorxu saçdı
Xırdalanda obyekt yanğını: Xəsarət yoxdur!
Bakının Nərimanov rayonunda 15 bina söküləcək
Bakıda güclü yanğın: Binə qatı dumanla örtüldü
Bakıda şok: Kişi əməliyyatdan sonra yataq xəstəsi oldu-VİDEO
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar