Bakıda "plastik cərrah" əməliyyatı: Saxta sənədlərlə Tibbi xidmət?
Bakıda özünü plastik cərrah kimi təqdim edən Səkinə Xudiyevanın əməliyyat zamanı çəkildiyi iddia edilən video sosial mediada geniş müzakirələrə səbəb olub. Videoda Xudiyeva tibbi prosedur zamanı göstərdiyi xidmətlər və onların qiymətləri barədə danışır.
Minval.info xəbər verir ki, bu cür reklam xarakterli məzmunun tibbi müdaxilə zamanı hazırlanması və qiymətlərin müzakirəsi tibbi etika və reklam qaydaları baxımından suallar doğurur. Xudiyevanın plastik cərrah kimi fəaliyyət göstərməsinin hüquqi əsasları da diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2026-cı il tarixli əmri ilə təsdiqlənmiş plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin siyahısında Səkinə Xudiyevanın adına rast gəlinməməsi bu sualları daha da artırır. Bu vəziyyət, onun əməliyyatları hansı hüquqi və peşəkar əsaslarla həyata keçirdiyi, müvafiq ixtisas və praktik tibb fəaliyyəti ilə bağlı sənədlərinin olub-olmaması kimi sualları gündəmə gətirir. Əməliyyatın hansı tibb müəssisəsində keçirildiyi və həmin müəssisənin bu sahədə fəaliyyət göstərmək üçün icazələrinin mövcudluğu da araşdırılmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib