Bakıda parklarda QİÇS təhlükəsi- Qanlı iynələr skamyalara bərkidilib (FOTOLAR)
Abşeron rayonu, Xırdalan şəhərində yaşayan sakinlərdən biri istirahət üçün parka gedib. Oturmaq üçün skamyalardan birinə yaxınlaşan qadın dəhşətli mənzərə ilə qarşılaşıb.
Femida.az xəbər verir ki, naməlum şəxs parkdakı skamyaların kənarlarına içi və uc hissəsi qanlı şprits başlıqları bərkidilib. Xanım başqa bir skamyada oturmaq istəyərkən yenə eyni mənzərə ilə qarşılaşıb. Təbii ki, bunun hansı məqsədlə edildiyi açıq-aşkar ortadadır: xəstəliyini başqasına keçirmək.
Adətən belə addımı QİÇS xəstələri atır. Hansı ki, narkomaniyaya qurşanmış bu şəxslər mütəmadi olaraq iynə vasitəsi ilə narkotikdən istifadə edirlər. Daha sonra iynələrin başlıqlarını çıxarır və skamyalara bu formada bərkidirlər. Nəticədə başqa bir şəxs burada oturan zaman iynə asanlıqla həmin şəxsə batır.
İynənin qanlı olması xəstəliyin sağlam adama keçmə ehtimalını daha da artırır.
Psixoloji araşdırmalar nəticəsində də sübut olunub ki, belə xəstələr öz xəstəliyinin başqalarına keçməsində maraqlı olurlar.
Qeyd edək ki, bu cür addımı atan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Vəkil Ziya Bağırov açıqlamasında bunu diqqətə çatdırıb:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Məsimli: “Qaziləri get-gələ salmaq həm qanuna, həm də insanlığa ziddir”
Xoşqədəmin verlişində cütlük dodaq-dodağa: "Gedin başqa yerdə öpüşün" - FOTO
Pensiya yaşına çatan icra başçılarının - SİYAHISI
Əli Həsənov bu vəzifəsini də itirdi
Azərbaycanda zorla qaçırılan qız necə qurtuldu? - ŞOK TƏFƏRRÜAT
Sabah Bakının mərkəzində yollar bağlanacaq - XƏBƏRDARLIQ
Bu deputatlar məsuliyyətə cəlb ediləcək