Bakıda ölü döl tapılan xəstəxananın fəaliyyəti dayandırıldı
Bakıda ölü doğulan körpənin meyitinin zirzəmidə gizlədildiyi iddia edilən “Vital Hospital”da ciddi qanun pozuntuları aşkar edilib. Bu səbəbdən xəstəxananın fəaliyyəti dayandırılıb.
Minval.info xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlamalar nəticəsində bir sıra qanun pozuntuları müəyyən edilib. Yoxlamalar 21-23 iyul 2026-cı il tarixlərində həyata keçirilib və nəticədə xəstəxanada tibbi xidmətlərin göstərilməsində ciddi çatışmazlıqlar aşkarlanıb.
Yoxlama zamanı tibbi avadanlıqların dezinfeksiyası və sterilizasiyası, həmçinin lisenziya şərtlərinə riayət olunmaması kimi məsələlərdə pozuntular aşkar edilib. Müəssisədə bir çox tibbi xidmət otaqlarının təşkil edilmədiyi və tibbi tullantıların düzgün idarə olunmadığı müəyyən edilib.
Bundan əlavə, xəstəxanada ixtisaslara uyğun olmayan vəzifə təyinatları və lisenziyadankənar kosmetoloji fəaliyyətlər də aşkar edilib. Bu hallar müəssisənin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını göstərir.
Qanun pozuntularının aradan qaldırılması üçün xəstəxanaya 10 iş günü müddət verilib və bu müddət bitdikdən sonra yenidən yoxlama aparılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Emil Kərimovun adı Toronto Universitetində əbədiləşdi
ADNSU tələbələrinə nəqliyyat sıxlığı güzəşti!
Naftalanın tanınmış iş adamı Hatəm Qocayev vəfat etdi
Azərbaycan yol polisləri Belarusda birinci oldu
Dəmir yollarında sərnişin daşınmasında rekord artım
Bakıda işə gedənlər üçün sıxlıq xəbərdarlığı!
Bakıda ailə dramı: Dayısını bıçaqladı