27.02.2018 - 09:44
Hadisə
56 baxış
Bakıda oğul yaşlı anasını amansızlıqla öldürüb
Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Minval.info-nun “Report”a istinadən xəbərinə görə, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.
Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
12.10.2026 - 14:54
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
12.10.2026 - 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
12.10.2026 - 13:14
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
12.10.2026 - 11:14
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
12.10.2026 - 10:34