Bakıda narkoşəbəkə: 46 kiloqram narkotiklərlə dolu əməliyyatın təfərrüatları!
Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan bir şəbəkə ifşa edilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı 46 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Minval.info xəbər verir ki, əməliyyatlar Qaradağ və Suraxanı rayonlarında keçirilib və nəticədə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıb. Bu şəxslərdən ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalar nəticəsində saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gədəbəydə 17 yaşlı qızı qaçıran qardaşlara hökm oxundu
Bəxtiyar Dali məhkəmə qarşısında: yeni qərar açıqlandı
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu