Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır - Foto
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.
“Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.
Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.
Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.
36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və Ədəbiyyat fənlərindən dərs deyir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaldığı oteldən özünü yerə atdı - Azərbaycanlı gəncin intiharı
Gənc anadan tüklərinizi dəhşətli əməl: azyaşlı uşağını öldürdü, sonra...
Azərbaycanda narkotik becərən 76 yaşlı qadın saxlanılıb
Bakıda Bank işçisi müştəridən 400 min dollar oğurladı
Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı
Bakıda dəhşətli hadisə: Sevgililərin hamamda meyiti tapıldı
Karantini pozan kafe sahibi və müştəriləri cərimələndi