Bakıda əməliyyat - “Lotu Quli”nin adamı öldürüldü

Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib.
Minval.İnfo ONA-ya istinadən məlumat verir ki, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib. Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı M. Cəfərov polisin “təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.
Cüdo üzrə Azərbaycan çempionu olan M.Cəfərov “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub.
DİN-in mətbuat xidmətindən ONA-ya müxtəlif cinayətlərdə adı keçən M.Cəfərovun xüsusi əməliyyat zamanı məhv edildiyini təsdiqləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı