"Telegram"da azyaşlıların pornoqrafik məzmunlu videolarını satan şəxslər SAXLANILDI
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “teleqram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. Tədbir zamanı həmin kanalların adminləri – şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, araşdırma zamanı məlum olub ki, saxlanılanlar “telegram” sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.
Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Bir daha sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, azyaşlıların iştirakı ilə qeydə alınan və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətləri özündə əks etdirən videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.
Bu məzmunlu videoların yayımı və satışına qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.
Minval.info
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək