"Bakıda maşını yavaş sürürəm ki, altını lyuka vurmayım" - YAP-çı deputat

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bu gün Bakıda keçirilən “Formula 1” SOCAR Azərbaycan Qran Prisində “Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin drenaj lyukuna ilişərək qəzaya uğramasından danışıb.
Deputat bu hadisənin xoşagəlməz hal olduğunu söyləyib: “Bakıda “Formula 1” yarışlarının keçirilməsi ölkəmizin inkişafından və müasirliyindən xəbər verir. Bu yarışın Azərbaycanda keçirilməsini alqışlayıram. Çünki “Formula 1″ yarışları Azərbaycanı dünyaya tanıdır, ölkəmizə xeyli sayda turistlər gəlir. Turistlər gəlib Bakıda necə gözəlliklər yaradıldığına şahid olurlar. Ancaq bu cür mötəbər tədbirlərin keçirilməsinə bəzi qurumların laqeyd yanaşaraq, öz işlərinin öhdəsindən düzgün gələ bilməməsi təəssüf hissi yaradır. Mən dəqiq deyə bilmərəm ki, bu qəzada günahkarlar kimlərdir. Hər halda, o yol mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra idman maşınları ora buraxılıb. Əsas məsuliyyəti mütəxəssislər daşıyır. Çünki yolları onlar yoxlayıblar”.
Mirkazım Kazımov Bakı şəhəri yollarında quraşdırılan lyuklara görə avtomobilini ehtiyyatla idarə etdiyini bildirib: “Bakıda lyuklar düzgün quraşdırılmadığı üçün mən maşını ehtiyatla sürürəm. Qorxuram ki, altını lyuka vuraram. Əlbəttə, bütün bunlar yaxşı hal deyil”. (demokrat.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?