08.09.2018 - 17:18
Vacib 15 baxış

Bakıda məşhur restoranda zəhərlənməyə görə həbslər başladı

Bakıda restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub.

Bakı şəhər Prokurorluğundan “Minval.info”-ya verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında üçü azyaşlı olmaqla, 13 nəfərin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən İlham İdris oğlu Qasımova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: