Bakıda məşhur kafelər niyə bağlanır?
Bakıda bir sıra məşhur kafe və restoranlar fəaliyyətini dayandırıb. Bu məkanlar arasında “Mytcha”, “Pivnaya Apteka”, “CEO’s Lounge”, “Milk Lab” və “Turco Burrito” kimi tanınmış obyektlər də var. Sosial şəbəkələrdə geniş izləyici kütləsinə sahib iş adamı İlyas Möhnətovun da kafesinin bağlandığı bildirilir. Qeyd edək ki, onun qadın geyim mağazası da yaxın zamanda fəaliyyətini dayandırıb.
Minval.info xəbər verir ki, bu bağlanmalar paytaxtda ictimai iaşə sektorunda vəziyyətin necə olduğu ilə bağlı suallar doğurur. Əsas səbəblər arasında yüksək icarə haqları, artan xərclər və müştəri sayının azalması göstərilir. İqtisadçılar bildirirlər ki, Bakıda restoran və kafelərin bağlanması yalnız müştəri sayının azalması ilə izah edilə bilməz. Xərclərin sürətlə artması, xüsusilə şəhərin mərkəzindəki yüksək icarə xərcləri, biznes üçün ciddi yük yaradır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edir ki, müştərilərin restoranlara ayırdığı büdcə əvvəlki kimi deyil. Ərzaq və digər gündəlik xərclərin artması insanların gəlirlərinin daha böyük hissəsini zəruri ehtiyaclara yönəltməsinə səbəb olur. Nəticədə, restoranlar üçün müştəri sayının kiçik azalması belə, ciddi maliyyə problemləri yarada bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirir ki, bəzi obyektlər təqdimatını yeniləmək və ya rebrendinq etmək məqsədilə müvəqqəti olaraq fəaliyyətini dayandıra bilərlər. Bu, biznesdə təbii bir prosesdir və yeni fəaliyyətə başlayan kafe və restoranlar üçün bir şansdır ki, mövcud bazarda öz müştərilərini tapsınlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib