Bakıda mənzilə yatırım: Sərfəlidirmi?
Bakıda mənzil qiymətlərinin artması ilə bağlı suallar yaranır: aldığımız mənzil həqiqətən sərfəli investisiyadırmı, yoxsa sadəcə yüksək qiymətə daşınmaz əmlak alırıq? Bu sualı cavablandırmaq üçün mənzilin qiyməti ilə onun gətirdiyi kirayə gəlirini müqayisə etmək faydalıdır. Məsələn, 100 min manata alınan mənzil ayda 500 manat kirayə gəliri gətirirsə, illik gəlir 6 min manat, yəni mənzilin qiymətinin 6%-i təşkil edir. Bu halda, qiymətlər və kirayə dəyişməzsə, mənzil təxminən 17 ilə alış qiyməti qədər gəlir gətirə bilər.
Minval.info xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun fikrincə, praktik yanaşmada mənzilin qiyməti 15 illik kirayə gəlirindən aşağıdırsa, bu, yaxşı investisiya hesab edilə bilər. 15-20 il normal intervaldır, lakin 20 ildən yuxarı qalxdıqca kirayə gəlirliliyi zəifləyir. Məsələn, 100 min manatlıq mənzil ayda 560 manat kirayə gətirirsə, ümumi kirayə gəlirliliyi təxminən 6,7%, 420 manat gətirirsə 5%, 300 manat gətirirsə isə cəmi 3,6% olur.
Bununla yanaşı, mənzil yalnız kirayə gəliri gətirmir, eyni zamanda özü də bahalaşa bilər. İllik inflyasiyanı 6%, mənzilin nominal qiymət artımını isə 10% götürsək, onun real dəyər artımı təxminən 3,8% edir. Yəni 100 min manatlıq mənzil bir ildən sonra 110 min manat olsa da, həmin 10 min manatın hamısı real qazanc deyil. Digər tərəfdən, kirayənin də hamısı qazanc deyil. Mənzilin boş qaldığı dövr, təmir və amortizasiya, vergilər, bina və idarəetmə xərcləri və s. xərclər var. Buna görə investisiya baxımından ümumi kirayəyə deyil, bütün bu xərclər çıxıldıqdan sonra qalan xalis kirayə gəlirinə baxmaq daha doğrudur.
Məsələn, 100 min manatlıq mənzil ayda 500 manat kirayə gətirirsə, ümumi kirayə gəlirliliyi 6%-dir. Əlavə xərclər üçün şərti olaraq ildə mənzilin dəyərinin 1,5%-ini götürsək, xalis kirayə gəlirliliyi 4,5% qalır. Mənzilin qiyməti də həmin il 10% artarsa, ümumi nominal gəlir təxminən 14,5% edir. 6%-lik inflyasiyanı nəzərə aldıqda real gəlirlilik təxminən 8% olur. Buradakı 1,5% yalnız hesablama üçün götürülmüş şərti xərcdir.
Əlqərəz, mənzil alarkən “Bu mənzil 100 min manatdır, neçə manata kirayə verə bilərəm?” sualını yox, “bu mənzil ayda 500 manat kirayə gətirirsə, investisiya kimi ona maksimum neçə manat verməyə dəyər?” sualını vermək və bu suala dəqiq cavab tapmaq lazımdır. Çünki, əmlakın bazar qiyməti ilə investisiya dəyəri eyni şey deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kişi ət tikəsindən boğulub öldü
Bakıda temperatur 29 dərəcəyə enəcək!
Bakıda lüks villa 12 milyona satışda!
Tvente Qarabağı məğlub edərək mərhələni keçdi
Bakının bəzi ərazilərində işıq kəsintisi olacaq!
Qarabağ-Tvente oyunu hansı kanalda yayımlanacaq?
Köhnə 1 dollar əskinazı sizi zəngin edə bilər