Bakıda əməliyyat zamanı 2 polis yaralandı
Xətai rayonunda cinayətkarı saxlamaq üçün keçirilən əməliyyat tədbirləri zamanı 2 polis əməkdaşı yaralanıb.Minval.İnfo xəbər verir ki, “Ölkə.Az”a verilən məlumata görə, Xətai RPİ-nin əməkdaşları 1989-cu il təvəllüdlü Həzili Pərviz Rövşən oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobili saxlatdırmaq istəyən zaman sonuncu avtomobili polis əməkdaşlarının idarə etdiyi “Lada” və “Nissan” markalı avtomobilə vurub. Sonra isə üzərində gəzdiridiyi cib bıçağı ilə 2 polis əməkdaşının əl nahiyyəsinə xəsarət yetirib. Ancaq polislərin çevikliyi nəticəsində P.Həzili zərərsizləşdirilib. Onun avtomobilinə baxış keçirən zaman isə oradan 1 ədəd tapança, 3 ədəd soyuq silah hesab edilən bıçaq və narkotik vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı Xətai RPİ-də cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və P.Həzili şübhəli şəxs qismində həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib