Bakıda məktəbin tualetinə kamera quraşdırılıb – Video
Bakıda orta məktəbin ayaqyoluna kamera quraşdırılıb.
Şagirdlərdən birinin çəkdiyi videogörüntünü televiziya kanalında yayımlayıb. Araşdırma zamanı məlum olub ki, kadrlar Bakıda, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə çəkilib.
Görüntülərdən aydın olur ki, məktəbdə ayaqyolu kabinələrinin qapıları yoxdur. Məktəbin direktor müavini Novruz İsmayılov açıqlamasında bildirib ki, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb, lakin heç vaxt işlək vəziyyətdə olmayıb.
İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə, Novruz İsmayılov qeyd edib ki, yuxarı sinif şagirdləri orada siqaret çəkiblər.
Şagirdləri bu vərdişdən yayındırmaq üçün məktəb rəhbərliyi bu üsulu seçib. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb. “Həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkmir”, – deyə o bildirib.
Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə, direktor müavini vurğulayıb ki, məktəb tikilən vaxt orada qapı nəzərdə tutulmayıb. Novruz İsmayılov onu da əlavə edib ki, qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.
https://youtu.be/I5bcXkXuXVc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əhəd Abıyev xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
Bayrağımızın 99 yaşı...
Deputat internetlə bağlı problemdən danışdı
Su anbarında batan şəxsin meyiti tapıldı
Sabaha olan hava proqnozu
Bakıdan bu sərnişin qatarının hərəkəti dayandırılır
"Nəşriyyatlar can verir" - Millət vəkili