Bakıda məhkəmədə dava: Prokurorun yaxasından tutdu, hakimə hücum etdi
Sabunçu Rayon Məhkəməsində insident baş verib.
“Report”un əldə etdiyi məlumata görə, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.
Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.
O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.
Məlumata görə, Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb.
T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!