28.08.2026 - 08:09
Ölkə 4 baxış

Bakıda məhbuslar arasında kütləvi dava: Ağır xəsarət!

Bakıda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib. Hadisə nəticəsində kriminal aləmdə ‘Yeraz Camal’ kimi tanınan Camal Həsənov ağır şəkildə döyülüb.

Minval.info xəbər verir ki, qarşıdurma Camal Həsənovla ‘Şamaxı qruplaşması’ arasında yaşanıb. İddiaya görə, qruplaşma üzvləri Həsənovu döyərək ağır xəsarətlər yetiriblər. Hadisədə iştirak edən şəxslərin cərimə kamerasına salındığı bildirilir.

Bundan sonra kriminal aləmdə ‘qanuni oğru’ kimi tanınan Rufo Gəncinski, yaxın adamı hesab edilən ‘Yeraz Camal’ın döyülməsinə görə qisas alınması barədə göstəriş verib. Ardınca qarşı tərəfin üzvlərinin də döyüldüyü və Camal Həsənovun başqa bir cəzaçəkmə müəssisəsinə köçürüldüyü iddia olunur.

Camal Həsənov qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ilin oktyabrında Bakıda saxlanılaraq istintaqa təhvil verilib. Həsənovun adı daha əvvəl də kriminal aləmdə baş verən hadisələrdə hallanıb. O, 2017-ci ildə İstanbulda ‘Lotu Quli’ ləqəbli Nadir Səlifova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılmışdı.

Hadisə ilə bağlı Penitensiar Xidmətin mövqeyi hələlik açıqlanmayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: