Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – FOTO
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən və tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.
“80-90-cı illərə qədər bu Mədəniyyət Evində tamaşalar göstərilib, filmlər nümayiş olunub, dərnəklər fəaliyyət göstərib. Ancaq illərlə baxımsızlıq nəticəsində bu vəziyyətə düşüb”, – sakinlər qeyd edib.
Onların sözlərinə görə, Mədəniyyət Evi hazırda şəhid Zaur Qurbanovun adını daşıyır.
“Böyük bir qəsəbədə yerləşən nadir və tarixi Mədəniyyət Evinin təmir edilib, yenidən sakinlərin ixtiyarına verilməsi həm də şəhidimizin adına hörmət olar”, – sakinlər bildiriblər.
Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində Mədəniyyət Nazirliyinin yüksək vəzifəli məmurları korrupsiya və rüşvətə görə həbs edilib. Nazirliyin uzun illərdir dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədiyi də üzə çıxıb.
Hazırda istintaq davam edir.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Hacıağa Qayıbov.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
