Bakıda lüks villa 12 milyona satışda!
Bakının Nəsimi rayonunda, Tiflis prospektində yerləşən lüks villa satışa çıxarılıb və qiyməti ilə böyük maraq doğurur. 36 sot torpaq sahəsində inşa edilmiş bu möhtəşəm əmlakın yaşayış sahəsi 1400 kvadratmetrdir və satış qiyməti 12 milyon manat olaraq müəyyən edilib.
Minval.info xəbər verir ki, villa geniş yaşıllıqla əhatə olunmuş həyətyanı sahəyə malikdir və burada qapalı hovuz, SPA və istirahət zonaları mövcuddur. Satış məbləği yalnız torpaq sahəsinin bazar dəyəri əsasında müəyyənləşdirilib, 1400 kvadratmetrlik tikili isə alıcıya faktiki olaraq ödənişsiz təqdim edilir.
Bu qiymətə satışa çıxarılan villanın görüntüləri də böyük maraq doğurur və əmlakın lüks tərtibatı diqqət çəkir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib