14.05.2018 - 08:47
Ölkə
3 baxış
Bakıda lift şaxtaya düşdü: 4 nəfər ağır yaralandı
Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə Abdulvahab Salamzadə küçəsi 9 ünvanında baş verib.
Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb. Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.
Yaralılar təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.(report)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir”
12.07.2023 - 13:48
Milli Məclisin növbəti iclas tarixi məlum oldu
05.07.2021 - 15:57
“Diqlas” yanğınından zərər çəkmiş 228 sahibkara yardım edilib
11.04.2019 - 22:58
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - Foto
25.04.2019 - 12:58
Azərbaycanda ər arvadını döyərək öldürüb
30.04.2018 - 20:17
İlham Əliyevdən Bəylər Eyyubova doğum günü təbriki - FOTO
11.03.2018 - 11:49
Anar Nağılbazın atası gəlininə əsəbiləşdi: “Özünü yığışdır”
02.04.2019 - 16:20