31.08.2026 - 20:51
Ölkə 25 baxış

Bakıda leysan və şimşək gözlənilir!

Sentyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitində dəyişikliklər gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacaq, yarımadanın müxtəlif bölgələrində isə qısamüddətli leysan xarakterli intensiv yağış və şimşək çaxması ehtimalı var. Səhər saatlarında yağışın kəsiləcəyi, günün qalan hissəsində isə əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Minval.info xəbər verir ki, havanın temperaturu gecə 18-20° isti, gündüz isə 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 75-85% arasında dəyişəcək.

Azərbaycanın digər rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv yağış, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, dağlarda isə gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: