Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı - FOTO-VİDEO

Bakıda güclü küləyin aşırdığı TIR-ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, hadisə Ələt-Astara yolunda baş verib.
Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən TIR-ı güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, sürücü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamildir:
“Sürücünün qol və baldır nahiyəsində əzilmələr var. Hal-hazırda vəziyyəti yaxşıdır”.
Hadisə nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəyib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hazırda Lerikdə afterşoklar davam edir
Azərbaycanlı tarixçi alim Putinin səhvini tutdu
YAP İdarə Heyətinin iclası keçirilir
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 600-ü keçib
Yeni ayın havası - Meteohəssas insanların diqqətinə!