Bakıda "kriminal aləmin" üzvlərinə hökm oxundu - 5 nəfəri yandırmaq istəyiblər və...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nicat Rzazadə, Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Minval.info “report”a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Hər 3 şəxs məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, 2000-ci il təvəlüdlü N.Rzazadə, 2001-ci ildə anadan olmuş S.Rüstəmov və K.Alıyev özlərini “kriminal aləm”in üzvləri kimi təqdim edərək, əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri – Ç.Əliyeva, Ziyad Həsənov, Elmin Miriyev, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədovu döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər.
Onlar həmçinin bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar.
Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!