Bakıda körpə tək böyrəkli doğulub (VİDEO)
Paytaxt xəstəxanalarının birində tək böyrəkli uşaq dünyaya gəlib.
Minval.İnfo xezxerxeber.az-a istinadən xəbər verir ki, uşağın vəziyyətinin pisləşdiyini görən valideynləri dərhal həkimə müraciət etməli olublar. Bakıda yaşanan hadisə zamanı həkimlər uşağa təcili cərrahi müdaxilə etməli olublar.
Adətən belə uşaqların yaşama şansı az olmasına baxmayaraq, əməliyyat uğurla keçib və uşağın həyati təhlükəsi geridə qalıb. Uşaq uroloq cərrahı Fuad Hüseynov uşağın tək böyrəyinin də normal vəziyyətdə olmadığını deyib.
Fuad Hüseynov bildirib ki, uşağa zərər vermədən xüsusi üsulla böyrəyə müdaxilə edilib və bu orqanın normal vəziyyətdə təmin edilməsi üçün lazımi tibbi addımlar atılıb. Nəticədə uşağın vəziyyəti normallaşıb.
Həkimin sözlərinə görə, uşağın 1 yaşı tamam olana qədər heç bir problem olmayacaq. Ancaq 1 yaşında yenidən yoxlama aparılacaq. Ehtiyac olarsa, uşağın normal yaşamasını təmin etmək üçün böyrək köçürülməsinə qərar veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib