Bakıda kolbasanın içindən dəmir parçası çıxdı - VİDEO

Paytaxt sakininin mağazadan aldığı kolbasanın içərisindən dəmir parçası çıxıb.
Minval.İnfo xəbər verir ki, Panorama.az-a şikayət edən oxucu bildirir ki, bu, həm uşaqlar, həm də böyüklər üçün təhlükədir: «Mağazadan alıb gətirdim, evdə doğrayırdıq. Bir də gördüm ki, bıçaq nəyəsə ilişdi. Ağlıma da gəlməzdi ki, kolbasadan dəmir parçası çıxar. Bu kolbasanı uşaqlar da yeyir. Uşaq kəsib görməsəydi, onda necə olacaqdı? Kolbasa içərisindən dəmir çıxması ən böyük təhlükədir. Bu, dəmirin bir hissəsidir. Ola bilsin, digər kolbasalarda da dəmirin digər hissələri var. Həm də dəmir parçası çox itidir. Bunu görməyib yeyən adamın taleyi necə olardı? İlk dəfədir ki, mağazadan aldığım kolbasanın içindən belə bir şey çıxır».
Şikayətçi məsələ ilə bağlı kolbasa istehsalçısı olan şirkətlə telefon əlaqəsi saxlasa da zənglərinə cavab verən olmayıb. Problemli məsələni həll etməyə çalışan istehlakçı kolbasa istehsalçısının rəsmi «Facebook» səhifəsinə mövcud problemlə bağlı yazdığını da bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıdan bu sərnişin qatarının hərəkəti dayandırılır
Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar
SON DƏQİQƏ! Azərbaycanda hərbi vəziyyət ləğv olunur
Bürclər - 15 mart
Gömrükdə narkotik yoxlaması: sədr istifadə edənləri QOVDU