16.09.2026 - 18:13
Ölkə 13 baxış

Bakıda işə gedənlər üçün sıxlıq xəbərdarlığı!

Bakıda işə maşınla gedənlər üçün vacib xəbər var. Şəhərin müxtəlif küçə və prospektlərində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Minval.info xəbər verir ki, hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakılardır:

  • Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
  • Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
  • Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
  • Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  • Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;
  • Babək prospekti, mərkəz istiqamətində;
  • 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  • Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  • 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  • 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: