Bakıda intihar etmiş yüksək vəzifəli məmur barədə ŞOK TƏFƏRRÜAT
İntihar edən Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu ilə bağlı bəzi məlumatlar yayılıb.
Minval.info BakuPost-a istinadən xəbər verir ki, E. Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün yeni yaşını qeyd edib.
Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.
İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda