12.02.2018 - 23:29
Ölkə
39 baxış
Bakıda ilk Balıq bazarı açıldı: qiymətlər necə olacaq? (VİDEO)
Balıqsevənlərin səbrisizliklə gözlədiyi Pirallahı rayonundakı balıq bazarından xəbərimiz var. Artıq bu bazar istifadəyə verilib. Minval.İnfo xəbər verir ki, burda dənizdən tutulan balıqlar digər bazarlarla müqayisədə ucuz satılır. Bununla yanaşı ərazidə balıqyetişdirmə fermaları da tikilir. Fermalarda yetişdirilən balıqlar elə bu bazarda topdansatış qiymətinə satılacaq.Paytaxtın Pirallahı rayonunun giriş hissəsində yeni tikilən balıq bazarı artıq istifadəyə verilib. Burda ilkin olaraq dənizdən tutulan balıqlar satışa çıxarılıb. Satıcıların sözlərinə görə, qiymət digər bazarlarla müqayisədə ucuzdur.
7 hektar ərazidə salınan kompleksdə balıq istehsalı üçün açıq və qapalı tipli fermanın tikintisi davam etdirilir. Fermada il ərzində 150 ton nərəkimilər cinsindən olan balıq və 4 ton qara kürü istehsal olunacaq.
Qapalı tipli balıq fermasında yetişdirilən balıqlar topdan satış qiymətinə satılacaq.
Balıqyetişdirmə fermalarının bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.Vətəndaşların rahatlığı üçün Kompleksin ətrafındakı sahil zonası abadlaşdırlıb,ərazi yaşıllaşdırılaraq park salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03