Bakıda iki əsas küçə bağlanır: Sürücülər üçün yeni marşrutlar təklif olunur!
Bakının iki rayonunda sabahdan etibarən yolların bağlanması planlaşdırılır. Bu qərar təmir işləri ilə əlaqədar olaraq qəbul edilib.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən Ruslan Allahverdiyev küçəsinin bir hissəsi avqustun 12-si saat 08:00-dan etibarən nəqliyyat üçün bağlanacaq. Eyni zamanda, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsinin bir hissəsində də saat 11:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
Yol məhdudiyyətləri təmir işləri tamamlanana qədər qüvvədə olacaq. Sürücülərə alternativ marşrutlardan istifadə etmələri və ərazidəki müvəqqəti yol nişanlarına diqqət yetirmələri tövsiyə olunur. Həmçinin, yaranacaq narahatlığa görə anlayış göstərilməsi xahiş edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir