Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var
Bakının mərkəzindəki icazəsiz mitinq zamanı gənc fəallar Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıblar.
Bu barədə sosial şəbəkə istifadəçiləri xəbər paylaşıblar. Məlumata görə, onlar 39-cu polis bölməsinə aparılıblar. Qeyd edək ki, bu gün saat 13 radələrində bir qrup adam Bakının Nizami (“Torqovı”) küçəsində icazəsiz mitinqə toplaşıb.
Virtualaz.org bildirir ki, toplaşanlar heç bir şüar səsləndirməyiblər. Onlar sadəcə “Xəqani” ticarət mərkəzinin yanında dayanıblar və jurnalistlərlə ünsiyyət saxlamaqdan imtina ediblər.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Ancaq etiraz edənlərdən biri arada bildirib ki, onlar sosial şəbəkələrdəki çağırışa görə mitinqə toplaşıblar.
Hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları toplaşanları mühasirəyə alıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu