Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu: Vəziyyətləri ağırdır - FOTO

Bir neçə dəqiqə öncə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağır yol-nəqliyyat qəzası baş verib.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil piyada keçidində dayanan iki qadınla iki gənc oğlanı vurub. Daha sonra isə “BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polislər cəlb edilib.
Xəsarət alan piyadaların vəziyyətinin ağır olduğu bildirilir. Onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına (“Semaşko”) aparılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdən birində çalışır. Onun lal olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Xəstəxanadan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda yaralı şəxslər əməliyyat olunurlar.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!