Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi
Bakıda göz rəngini dəyişdirmək əməliyyatı keçirən moskvalı qadın, prosedurdan sonra görmə problemləri yaşadığını açıqlayıb. O, əməliyyatı azərbaycanlı oftalmoloq Cavid Şahbazovun həyata keçirdiyini bildirib.
Minval.info xəbər verir ki, “Doktor Cülyetta” kimi tanınan Yuliya, əməliyyatdan sonra kataraktası olan bir insan kimi göründüyünü deyib. Rusiyada oftalmoloqla məsləhətləşdikdən sonra gözlərinin təbii rənginə qayıtmaq qərarına gəlib.
Yuliya, “Özümü kataraktası olan biri kimi hiss edirəm. Görməmlə bağlı konsultasiyada oldum. Doğuşdan sonra görməmin bir qədər pisləşdiyini düşünürdüm. Uzun müayinədən keçdim və həkim dedi ki, görməm 100 faizdir. Amma xüsusilə gecə vaxtı və kənardan işıq şüası gələndə görmə ilə bağlı problem yaranır. Rənglər çox solğun görünür, hər şey bulanıq olur. Bundan əlavə, sanki gözlərimin üzərində pərdə var və onu çıxarmaq istəyirəm. Həkim dedi ki, əməliyyatla bağlı bütün məqamları dəqiqləşdirmək üçün ona təxminən iki həftə vaxt lazımdır. Bundan sonra boyanın çıxarılmasına başlayacağıq”, – deyə bildirib.
Oftalmoloq Cavid Şahbazov isə pasiyentin klinikaya müraciət etdiyini və bütün şikayətlərinin nəzərdən keçirildiyini qeyd edib. Onun sözlərinə görə, Moskvada aparılan müayinələr zamanı ciddi görmə pozuntusu aşkarlanmayıb və pasiyentin əsas narazılığı göz rəngini dəyişdirmək və əvvəlki təbii rənginə qayıtmaq istəyi ilə bağlıdır.
“Estetik prosedurlarda elə hallar olur ki, pasiyentlər zaman keçdikcə seçdikləri rəngi dəyişmək, başqa rəng seçmək və ya nadir hallarda təbii rənglərinə qayıtmaq istəyirlər. Müvafiq müayinədən sonra belə prosedurlar həyata keçirilə bilər. Əslində, bu, həkimlə pasiyent arasında qərarlaşdırılan tibbi məsələdir”, – deyə o vurğulayıb.
O, əməliyyatın təxminən iki il əvvəl həyata keçirildiyini və bu cür müraciətlərin nadir hallarda rast gəldiyini bildirib. “Pasiyentin şəxsi hissləri ayrı məsələdir. Lakin müayinə zamanı ciddi problem təsdiqlənməyib. Buna görə də hesab edirəm ki, bu vəziyyət məhz tibbi məlumatlar əsasında qiymətləndirilməlidir”, – deyə Cavid Şahbazov əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda arıçılıq məhsullarının yarmarkası başlayır
Gənclik Mall önündə tıxacın gizli səbəbi açıqlandı
Azərbaycanın demoqrafik gələcəyi təhlükədədir
Lənkəranda nərdivandan yıxılan yaşlı kişi öldü
Biləcəri enişində yol tam bağlanacaq
Erməni şairin heykəli söküldü: Siyasi gərginlik artır
Azərbaycanlı gənc istedad "Qalatasaray"da debüt edəcək