Bakıda gedişhaqqı sisteminə yeni təkliflər
Bakıda nəqliyyat xərclərinin artması ilə əlaqədar olaraq, gedişhaqqı sistemində dəyişikliklər təklif olunur. Xüsusilə, “28 May” metrosunda təmir işləri səbəbindən sərnişinlərin bir neçə avtobusdan istifadə etməsi xərcləri artırıb. Bu vəziyyətdə zamana bağlı bilet sisteminin tətbiqi müzakirə edilir.
Minval.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli zamana bağlı bilet sisteminə keçidin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində gedişhaqqı zamana bağlı olaraq müəyyən edilir və birdəfəlik gedişhaqqı kimi ölçülmür. Bu sistemdə 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər mövcuddur.
Natiq Cəfərli əlavə edib ki, sərnişinlər metroya minərkən 1 saatlıq bilet alaraq, metrodan düşüb avtobusa minə bilərlər və əlavə bilet almalarına ehtiyac qalmır. Beləliklə, bir saat ərzində nə qədər nəqliyyat dəyişsə də, yalnız bir dəfə ödəniş edilir. İqtisadçı, tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlərin də müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib