Bakıda gənc qız fotosu paylaşıldığı üçün intihar etmək istəyib
Bakılı qız biabır olmaqdan qorxub
Bakının Xətai rayonunda qız “Facebook”-a görə intihar etməyə qərar verib. Bu barədə Sputnik Azərbaycan-a rayon polis idarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 8-də səhər saat 06.00 radələrində Məhəmməd Hadi küçəsində yaşayan, 1996-cı il təvəllüdlü A.Z. böyük miqdarda dərman preparatı qəbul edib.
İlkin istintaq prosesi zamanı məlum olub ki, hadisəyə səbəb naməlum kişinin qızın fotosunu “Facebook” sosial şəbəkəsində paylaşması olub. Qız biabır olmaqdan qorxub.
Hazırda qız Toksikologiya Mərkəzində ağır vəziyyətdədir. Xətai rayonu 36-cı Polis Bölməsinin əməkdaşları baş verən hadisəni araşdırır və qızı intihar həddinə çatdıran şəxsin kimliyini müəyyən etməyə çalışırlar.
Xatırladaq ki, bu hadisə Azərbaycanda sosial şəbəkələrdə diqqətsiz davranışa görə faciə ilə nəticələnən ilk hadisə deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib