Bakıda gənc oğlanı girov götürdülər - Anasına zəng edib...
Bakı sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib.
Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib.
Müraciət əsasında polis tərəfindən araşdırmalara başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib