Bakıda final oynamaq gözəl olar - Lyakazett
“Valensiyada bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Ona görə də mümkün qədər çox qol vurmaq istəyirdik. Real qol imkanlarını qaçırdım, ancaq yaxşı ki, Obameyanq 3-cü qolu vurdu”.
“Minval.ino” qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Arseanl”ın futbolçusu Aleksandr Lyakazett Avropa Liqasının yarımfinalının “Valensiya” ilə ilk görüşündən (3:1) sonra UEFA-nın saytına açıqlamasında deyib.
Londonda keçirilən matçda dubl edən fransalı hücumçu Bakı finalını arzuladığını gizlətməyib: “Avropa Liqasını Çempionlar Liqasına getmək və bir kubok qazanmaq üçün istəyirik. Həm Premyer Liqanı ilk 4-lükdə tamamlamaq, həm də Bakıda final oynamaq gözəl olar”.
Xatırladaq ki, Avroliqanın final matçı mayın 29-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı