Bakıda evakuator sürücüsü qaydaları belə pozur - VİDEO

Bakıda daha bir evakuator sürücüsü kobud qayda pozuntusuna yol verib. Sürücü kiçik tutumlu nəqliyyat vasitələri üçün nəzərdə tutulan evakuatorun yedəyində yük maşını aparır. Həmin anı şahidi olan sürücülərdən biri çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Başqa bir kadrda isə minik maşını özündən böyük yük aparır.
Minik avtomobilləri üçün nəzərdə tutulan evakuator özündən xeyli böyük yük aparır. Üstəlik, avtomobillərin sürətlə hərəkət etdiyi yolda orta zolaqla gedir. Sürücünün ani diqqətsizliyi və ya yanlış manevri hər an böyük faciəyə səbəb ola bilər.
Kadrlar Bakı-Sumqayıt yolunda lentə alınıb. Evakuator xidmətinin sürücüsü kobud qayda pozuntusuna yol verərək, kiçik tutumlu yük avtomobilləri üçün nəzərdə tutulan maşında özündən böyük avtomobil aparır.
Kadrları izləyən yol hərəkəti üzr ekspert Elməddin Muradlı deyir ki, hər bir evakuatorun yük götürməsi ilə bağlı texniki göstəriciləri var. Görüntülərdən aydın görünür ki, evakuatorun sürücüsü birbaşa yükdaşıma qaydalarını pozub.
Bənzər bir görüntünü sürücülərdən biri Badamdar qəsəbəsi ərazisində çəkib. Burada da minik avtomobilinin sürücüsü yükdaşıma qaydalarını kobud çəkildə pozub.
Bu azmış kimi o, hətta sürətini artıraraq digər avtomobillərin yanından ötmə hərəkəti də edir.
Ekspert deyir ki, bu cür nəqliyyat vasitələri kameralar vasitəsi ilə aşkar edilməli və dərhal həmin ərazidə xidmət aparan yol polisinə deyilməlidir. Bundan sonra həmin nəqliyyat vasitəsi yol hərəkətindən kənarlşdırılmalıdır.
Qeyd edək ki, belə olduqda həmin sürücü İnzibati Xətalar Məcəllsinin müvafiq maddəsi il 40 manat məblğində cərimə oluna bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!