Bakıda buludlar çəkilir: Avqustun 13-də necə hava gözlənilir?
Avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə saatlarında temperatur 23-26° isti, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Ölkənin şimal və qərb rayonlarında isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Dağlıq və dağətəyi rayonlarda yağıntıların daha intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.
Rayonlarda gecə temperaturu 22-26° isti, gündüz 32-37° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib