Bakıda bu şəxs velosiped oğurlayırmış – FOTO
Xətai rayonu, S.Vəzirov küçəsi 22-də yaşayan paytaxt sakini İmran Rəsulov polisə müraciət edərək ona məxsus dəyəri 350 manat olan velosipedin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Minval.info”ya verilən məlumata görə, analoji müraciətlərlə Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edən daha 4 şəxs onların da müxtəlif vaxtlarda ümumi dəyəri 3000 manata yaxın olan velosiopedlərinin oğurlandığı barədə məlumat veriblər.
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş Elxan Mansurov saxlanılıb.

O, ifadəsində etdiyi cinayəti etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Qeyd edilən faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və E.Mansurov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu