Bakıda bir gündə məhv olan ailənin fotoları
Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evdə ana və 3 körpə övladının dəm qazından zəhərlənərək ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Minval.info” Publika.az-a istinadən xəbər verir ki, ev sahibi, Neftçala rayon Xolqaraqaşlı kənd sakini Əsədulla Əsgərov Bakıda şirkətlərdən birində mühafizəçi işləyib. O, yanvarın 25-də gecə növbəsində işdə olub və səhər saatlarında evə gələndə həyat yoldaşı 26 yaşlı Elmira Əsgərova ilə övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəbin dəm qazından zəhərlənərək vəfat etdiyini görüb.
Ə.Əsgərov bildirib ki, həyat yoldaşı kiçik qızı Zeynəblə xilas olmağa çalışsa da, yerə yıxılıb və onları döşəmədə, digər iki uşağı isə çarpayıda ölmüş vəziyyətdə tapıb.
Vəfat edən ana və övladları Xolqaraqaşlı kəndində yanaşı dəfn edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Dəhşətli hadisədə ölən ana və körpələrinin fotolarını təqdim edirik:

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!