Bakıda bağçada uşağa qarşı zorakılıq iddiası
Bakıda fəaliyyət göstərən ‘Kayu’ Tədris və İnkişaf Mərkəzində 2 yaşlı uşağa qarşı zorakılıq iddiaları irəli sürülüb. Uşağın atası Elnur Əliyev, oğlunun bağçadan dəfələrlə bədənində göyərmələrlə qayıtdığını bildirib. O, bağça əməkdaşlarına bu barədə məlumat versə də, ona uşağın yıxıldığı deyilib.
Minval.info xəbər verir ki, Elnur Əliyev bir müddət sonra oğlunun bədənində çimdik izləri də gördüyünü qeyd edib. O, oğlunun ‘Kayu’ uşaq bağçasında ilk sözünün ‘bolnıy sadik’ olduğunu və bu vəziyyətin onu narahat etdiyini bildirib. Uşağın bədənində müxtəlif yerlərdə göyərmələr müşahidə edilib və bir dəfə gözünün partladıldığını iddia edib.
Valideyn, bağçanın uşağı 7 saat ərzində nəcis içində saxladığını və pampersin dəyişdirilmədiyini də bildirib. O, Təhsil Nazirliyinə şikayət edəcəyini və bağçanın lisenziyasının ləğv olunmasını tələb edib. ‘Kayu’ Tədris və İnkişaf Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib