Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək

Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək.
Azxeber.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimlinin sözlərinə görə, bu məsələ ilə bağlı araşdırmalar aparılır:
“Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolun kənarında bir cərgə avtomobillərin saxlanmasına saatla icazə veriləcək. Yəni axşam saat 19:00-dan səhər saat 07:00-a kimi parklanmaya icazə veriləcək. 07:01-dən etibarən isə artıq həmin ərazilərdə parklanan avtomobillərə cərimə yazılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!