Bakıda bəzi küçələrdə hərəkət məhdudiyyətləri tətbiq olunacaq
Bakıda aparılan təmir işləri səbəbindən bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Bu məhdudiyyətlər 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək davam edəcək.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu barədə məlumat yayıb. Məlumata görə, Xarici Dairəvi avtomobil yolunun yan yolu (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) tam bağlanacaq. Şeyx Şamil küçəsi (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsi (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) də bu müddət ərzində tam bağlanacaq.
Bundan əlavə, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək hərəkət qismən məhdudlaşdırılacaq. Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər) isə tam bağlanacaq. Sürücülərə alternativ yollar seçmələri və təmir işləri aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarına riayət etmələri tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək