Bakıda "avtoş"luq edərək videosunu sosial şəbəkəyə yükləyən şəxs həbs edildi
Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan videogörüntülərin xüsusatları araşdırılmaqla qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakı Şəhər Baş Polis İdarəsindən “Minval.İnfo”ya verilən məlumata görə, 2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində “VAZ 2106” markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb.
Müəyyən edilib ki, həmin gün saat 23 radələrinda qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyey Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar. Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.
Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib