Bakıda avtomobillərin evakuasiya edilməsi qaydası — TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.
Minval.İnfo xəbər verir ki, fərman Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə verilən səlahiyyətlə bağlıdır.
Beləliklə, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərarın tərtib edilməsi və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılması Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin ediləcək.
Digər hallarda isə inzibati xəta haqqında qərar tərtib ediləcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!