08.12.2020 - 12:39
Hadisə
1 baxış
Bakıda avtomobil qaçırılıb
Bakıda avtomobil qaçıran şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsinə (PB) dekabrın 6-da saat 20 radələrində Bakı şəhər sakini V.Novruzova məxsus “TOFAŞ” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən C.Hacıyev Yasamal rayonu ərazisində avtomobillə birlikdə saxlanılıb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda gözətçi iş başında ölüb
07.05.2019 - 09:57
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
06.09.2021 - 12:09
Bakıya qayıdarkən təyyarədə öldü
05.01.2023 - 12:31
Azərbaycanda güclü yanğın - 5 rayondan yanğınsöndürənlər cəlb edildi
27.07.2018 - 17:27
Bulvarda özünü öldürmək istədi
18.04.2019 - 10:28
Amerikalı vəkil planetin gələcəyi üçün özünü yandırdı – FOTO
15.04.2018 - 20:25
18 yaşlı oğlan özünü yandırdı - Azərbaycanda
29.03.2018 - 09:21