Bakıda avtobusda yağış sürprizi: Sərnişinlər islandı
Bakıda 7A nömrəli marşrut avtobusunda baş verən texniki nasazlıq nəticəsində sərnişinlərin üzərinə su tökülüb. Hadisə Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedən avtobusda baş verib. Sərnişinlərdən biri sosial şəbəkədə paylaşım edərək, bir saat yarımlıq yolda islanmamaq üçün üstünə paket örtmək məcburiyyətində qaldığını bildirib.
Minval.info xəbər verir ki, “Bakubus”dan verilən məlumata görə, avtobusun soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb. Sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır və sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib