Bakıda avtobusda texniki nasazlıq: Sərnişinə su töküldü
Bu gün Bakıda 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində texniki nasazlıq baş verib. Avtobusun soyutma sisteminin drenaj xəttində yaranan problem nəticəsində sərnişinin üzərinə su tökülüb.
Minval.info xəbər verir ki, “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır və sərnişindaşıma xidmətində fasilə yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub.
Hadisə zamanı sərnişin Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib və tavandan damcılayan sudan qorunmaq üçün aldığı kitabın paketini başının üzərinə tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib