29.01.2018 - 08:05
Ölkə 1 baxış

Bakıda avtobus sürücüsü məktəblilərin həyatını riskə atır – VİDEO

Avtobus sürücülərinin məsuliyyətsizliyi zaman-zaman gündəmə gətirilib.

Minval.info xəbər verir ki, “Xəzər TV” qapısı açıq şəkildə hərəkət edən şəhərdaxili avtobuslarla bağlı sujet hazırlayıb.

Videoda Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusun qapısının açıq hərəkət etdiyi əks olunurdu. Ən dəhşətlisi də odur ki, məktəblilər açıq qapıdan sallanırlarmış.

TV əməkdaşları məsələni aydınlaşdırmaq məqsədilə 99 JH 483 dövlət nömrə nişanlı avtobusun sürücüsünə müraciət ediblər. Sürücü özünə haqq qazandıraraq, “şagirdlər dərsdən qayıdanda hər zaman qapıdan sallaşırlar” deyə cavab verib.

Marşrut xəttinin Namiq adlı rəsmisi isə deyib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.

https://www.youtube.com/watch?v=c1Lh5qNMFyM

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: