Bakıda ata və oğul qatil oldular - Səbəb (Yenilənib)
Bakıda mənzilə oğurluğa girən şəxs ev sahibi və oğlu tərəfindən öldürülüb.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Məlumata görə, 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiqlə birlikdə evlərinə oğurluğa girən Əhəd Həsənovu qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
***
***
Bakıda evə oğurluğa girən şəxsin öldürülməsi ilə bağlı detallar məlum olub. Belə ki, oktyabrın 19-da səhər saatlarında Bayıl qəsəbəsinin Neftçi Qurban küçəsində üzərinə zorakılıq əlamətləri olan meyit tapılıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, meyit 1964-cü il təvəllüdü Həsənov Əhəd Əli oğluna məxsusdur.
İlkin məlumata görə, Ə.Həsənov oktyabrın 19-u gecə saatlarında Neftçi Qurban küçəsi 35, mənzil 39-da yaşayan 1964-cü il təvəllüdlü Abdullayev Sakit Arif oğlunun evinə girib. Oradan radiator batareyasını oğurlayarkən ev sahibinə yaxalanıb və onlar əlbəyaxa dava ediblər. Ə. Həsənov ev sahibini döyüb, bu zaman S.Abdullayevin oğlu Əli oğrunu arxadan kürəyindən bıçaqlayıb.
Ə.Həsənov oradaca vəfat edib. Daha sonra ata və oğul meyiti sürüyərək küçəyə atıblar. Oktyabrın 24-də cinayətin üstü açılıb və hər iki şəxs saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
Narkobaron həbsdən çıxıb ölkədən qaçdı - Zindaştinin zindandan qurtuluşu
Rusiyada Azərbaycan vətəndaşını güllələdilər
"Qanuni oğru"nun qardaşına və digər şəxslərə hökm oxundu
Bu ay qanunsuz narkotik satışı ilə məşğul olan 27 nəfər saxlanılıb
Bakıda kişi gözəllik salonunda arvadını doğradı – QORXUNC HADİSƏ
Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi